Azərbaycanın şahmat yığması İsveçrəni məğlub edib

Azərbaycanın şahmat yığması İsveçrəni məğlub edib
20:17 31 Oktyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığması Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti görüşünü başa vurub. 
“Report” xəbər verir ki, komanda VII turda İsveçrə kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib. Eltac Səfərli və Qədir Hüseynov rəqiblərini məğlub edib. Rauf Məmmədov uduzub, Şəhriyar Məmmədyarov isə görüşünü heç-heçə başa vurub. Qələbə nəticəsində Azərbaycan yığması 11-ci xalını qazanıb
Qadınlardan ibarət milli komanda hazırda meydan sahibi Gürcüstanla qarşılaşır. Xanım Balacayeva rəqibi ilə xalları yarı bölüb, digər bütün qarşılaşmalar davam edir. 
Avropa çempionatı
VII tur, kişilər
Azərbaycan - İsveçrə - 2.5:1.5
Şəhriyar Məmmədyarov - Sebastyan Boqner - 0,5:0,5
Rauf Məmmədov - Yannik Pelletye - 0:1
Qədir Hüseynov - Niko Georgiadis - 1:0 
Eltac Səfərli - Oliver Kurmann - 1:0
Gürcüstan - Azərbaycan - 0:0
Nana Dzaqnidze - Günay Məmmədzadə
Lela Cavaxişvili - Xanım Balacayeva - 0,5:0,5
Bela Xotenaşvili - Gülnar Məmmədova
Meri Arabidze - Türkan Məmmədyarova

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-sahmat-yigmasi-i-svecreni-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR