Qattuzo A seriyasına qayıdır

Qattuzo A seriyasına qayıdır
20:22 31 Oktyabr 2019
101 İdman
Ölkə mətbuatı
A- A+

"Milan"ın sabiq baş məşqçisi Cennaro Qattuzonun işsiz günləri başa çatır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis yenidən A seriyasında çalışa bilər.

Çünki onun "Udineze"nin "sükanı arxası"na keçmə variantı mövcuddu. "Udineze" klubunun rəhbərliyi "Atalanta" (1:7) və "Roma"ya (0:4) ardıcıl ağır məğlubiyyətlərdən sonra hazırkı çalışdırıcı İqor Tudoru istefaya göndərməyi nəzərdən keçirir. Bu posta ən real namizəd də Qattuzodu. Həmçinin Paskual Marino və Stefano Kolantuono da digər namizədlərdi.

Qeyd edək ki, "Udineze" hazırda 10 xalla A seriyasında 14-cü yeri tutur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/798675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR