39 yaşlı icra başçısından ilk açıqlama: "Təyinatım sürpriz oldu"

39 yaşlı icra başçısından ilk açıqlama: "Təyinatım sürpriz oldu"
20:37 31 Oktyabr 2019
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Təyinatım mənim üçün böyük sürpriz oldu. Cənab Prezidentə bu etimadına görə minnətdarlığımı bildirirəm.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elnur Rzayev bildirib.

"Cənab Prezidentə təşəkkürümü bildirirəm. Çalışacağam ki, mənə olan etimadı doğruldum. Bir icra başçısı kimi əlimdən gələnin ən yaxşısını etməyə hazıram", - yeni icra başçısı bildirib.

Xatırladaq ki, 39 yaşlı Elnur Şahbaz oğlu Rzayev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/798730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR