Fransız səfir Xarici İşlər Nazirliyinə çağırıldı - Ankaradan ETİRAZ

Fransız səfir Xarici İşlər Nazirliyinə çağırıldı - Ankaradan ETİRAZ
23:08 31 Oktyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın Ankaradakı səfiri Çarles Fries Fransa parlamentinin “Sülh çeşməsi” (Barış Pınarı) Hərəkatı haqqında qəbul etdiyi qərarla əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfirə qərarla əlaqədar rəsmi Ankaranın etirazı çatdırılıb.

Daha əvvəl isə Türkiyə Xarici İşlər Nazirliyi Fransa parlamentinin qəbul etdiyi qərarla bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, Senat və bu qərara dəstək verən Fransa parlamenti bununla Avropa İttifaqı tərəfindən də terror təşkilatı kimi tanınan PKK-nın Suriya qolu PYD/YPG ilə əlbir olduqlarını bir daha sübut edib.

“Terrorçuları Yelisey sarayında yüksək səviyyədə qəbul edən bir ölkənin Senatının bu davranışı bizim üçün təəccüblü deyil”, - deyə bəyanatda qeyd olunub.

Daha sonra bildirilib ki, əvvəlcədən də bəyan edildiyi kimi, hərəkat beynəlxalq hüququn tələblərinə uyğun şəkildə aparılıb və bu əməliyyatların qanuniliyi ABŞ və Rusiya ilə son müqavilələrdə də öz təsdiqini tapıb: “Tərəfimizdən dəfələrlə verilən izahat və açıqlamalara baxmayaraq, Fransa Senatının reallığa uyğun gəlməyən qərarlar qəbul etməsi Türkiyəyə qarşı qərəzli davranışı və Fransanın Suriya mövzusunda çarəsiz vəziyyətdə qalması ilə izah edilə bilər”.

Xatırladaq ki, Fransa parlamenti dünən Suriyanın şimalında yaradılmağa çalışan terror koridorunu ləğv etmək, bölgəyə sülh və sabitlik gətirmək üçün təşkil olunan “Sülh çeşməsi” hərəkatını qınayan siimvolik qanun layihəsini 121 səslə qəbul edib. Səsvermə zamanı layihəyə qarşı heç bir səs verilməyib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/294783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR