Qohumlar arasındakı qan davası ölümlə bitdi:

Türkiyənin Malatya vilayətində qan davası səbəbilə baş verən cinayət anı təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.

Metbuat.az-ın məlumatına görə, kamera qeydlərində Ömər Ərdoğan adlı şəxsin küçədə 2 nəfərlə söhbət edən qohumu Yəhya E-yə sürətlə yaxınlaşdığı görünür. Bu zaman cibindən silah çıxardan Ömər Ərdoğan, qohumu Yəhya E-ni vurmağa çalışır. Amma cəld həmlə ilə qarşılıq verən Yəhya E onun özünü bir əl sərrast atəşlə ağır yaralayır.

Ağır yaralanan 78 yaşlı Ömər Ərdoğan həkimlərin səyinə baxmayaraq vəfat edib. Hadisə yerindən qaçan Ömər Ərdoğan isə qısa zaman sonra polislər tərəfindən yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR