Toyota Supra 3000GT konsepsiyası premyeraya hazırlaşır

Toyota Supra 3000GT konsepsiyası premyeraya hazırlaşır
23:57 31 Oktyabr 2019
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Toyota şirkəti SEMA Show tədbirində Supra 3000GT yeniliyini təqdim etmək niyyətindədir.

Milli.Az ted.az-a istinadən bildirir ki, unikal idman modelinin təqdimatı noyabrın 5-də keçiriləcək və premyeradan əvvəl istehsalçılar texnika haqqında heç bir təfərrüatı açıqlamırlar. Öz növbəsində, rəsmi tizer, kapotda ventilyasiya üçün boşluqların tətbiq olunduğunu və arxa hissədə antiqanad istifadə edildiyini göstərib.

Maraqlıdır ki, əsas kimi 1994-cü ildə ictimaiyyətə nümayiş etdirilmiş Supra 3000GT konseptual modeli çıxış edə bilər. Beləliklə, 25 il sonra Yapon istehsalçıları müvafiq məhsuldarlığı olan unikal model təklif edə biləcəklər. Qalan detallar və texniki parametrlər hələlik açıqlanmır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/798108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR