Bakıda minik avtomobili avtobusla toqquşub, xəsarət alanlar var

Bakıda minik avtomobili avtobusla toqquşub, xəsarət alanlar var
01:12 1 Noyabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda avtomobillə avtobus toqquşub.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü İbrahim Rəcəbov idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil 131 saylı sərnişin avtobusuna çırpılıb.
Hadisə zamanı "VAZ-2106"-nın sürücüsü İ.Rəcəbov və sərnişinlər - 1996-cı il təvəllüdlü Həmidağa Babayev, 1997-ci il təvəllüdlü Mehdi Rəhimov və 1988-ci il təvəllüdlü İkram Rəcəbov xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. İ.Rəcəbova dizin sınığı diaqnozu qoyulub. Digər yaralılar isə ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-minik-avtomobili-avtobusla-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR