Aynur Camalqızı medalla təltif edildi – FOTO

Aynur Camalqızı medalla təltif edildi – FOTO
01:28 1 Noyabr 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

Əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisi, general-polkovnik Elçin Quliyev sərəncamı imzalayıb.

Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov medalı bu gün Aynur Camalqızına Teleqraf Media Qrupun ofisində təqdim edib.

Qeyd edək ki, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli Qanunu ilə təsdiq edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/294790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR