Azərbaycan Ukraynanın dəniz limanlarından fəal istifadə edir

Azərbaycan Ukraynanın dəniz limanlarından fəal istifadə edir
07:50 1 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan şirkətləri Ukraynanın dəniz limanlarından fəal istifadə edir.

Bunu Trend-ə müsahibəsində Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Ştelyuk deyib.

Onun sözlərinə görə, bu onunla bağlıdır ki, Odessa və “Pivdennı” limanlarında Azərbaycan nefti və neft məhsullarının qəbulu keçirilir:

“Çernomorsk və Nikolayev limanlarında isə Ukrayna ilə Azərbaycan arasında idxal-ixrac yükləri aşırılır”.

S.Ştelyuk 2017-ci ilin oktyabarından “Pivdennı” limanında neft tankerlərindən liman yığımlarına 75 faiz endirim tətbiq edilib:

“Bu qərar Azərbaycan neftinin Avropa İttifaqı ölkələrinin neft emalı müəssisələrinə tranziti üçün zəruri şərait yaradır. Hazırda Ukrayna Nazirlər Kabineti bütün daşımalar üzrə liman yığımlarının liberallaşdırılması prosesinin fəallaşdırılması üçün tədbirlər keçirir. Bunun əsas məqsədi Ukrayna dəniz limanlarının Şərq-Qərb marşrutu üzrə tranzit daşımalarının reallaşdırılmasında əsas halqa qismində rəqabətqabiliyyətli tarif və qiymət siyasətinin formalaşdırılmasıdır”.

Müşavir qeyd edib ki, 2019-cu ilin ilk doqquz ayı ərzində Ukraynanın dəniz limanlarından yük aşırması 114,5 milyon ton təşkil edib. Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz çoxdur:

“Ukraynanın dəniz limanlarından keçən yüklərin 50 faizdən çoxunu taxıl və dəmir filizi təşkil edib. Müsbət dinamika təkcə Odessa, “Pivdennı”, Xerson, “Olviya”, Nikolayev, İzmail limanlarında deyil, həm də Mariupol dəniz limanında idxal-ixrac əməliyyatlarının bütün spektrini əhatə edib. Ukraynada yük dövriyyəsinin təxminən 90 faizini dörd liman - “Pivdennı”, Nikolayev, Çernomorsk, Odessa limanları təmin edir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3142155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR