Bakıda baş vermiş avtobus qəzası ilə bağlı YENİ XƏBƏR

Bakıda baş vermiş avtobus qəzası ilə bağlı YENİ XƏBƏR
09:43 1 Noyabr 2019
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Yeni Ramana yolunda baş verən avtomobil qəzası nəticəsində 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə 9 nəfər gətirilib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, yaralılara lazımi tibbi yardım göstərilib: "Səhər saat 09:00 üçün xəstəxanadan verilən məlumata görə, lazımı tibbi yardım göstərildikdən sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar".

Qeyd edək ki, hadisə oktyabrın 31-də Sabunçu rayonu, Ramana yolunda baş verib. 49 və 106 saylı sərnişin avtobusları Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında toqquşub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/294798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR