"Şöşü" "Bozbash Pictures"i onunla əvəzlədi -

“Bozbash Pictures”in yaradıcılarından olan aktyor Ramil Babayev yeni komediyası ilə ekranlara qayıdır.

Metbuat.az xəbər verir ki, sənətçinin yeni işi “Duzkomediya” adlanır. Bu dəfə də ənənəyə sadiq olaraq, Azərbaycanın müxtəlif bölgələrində çəkilişlər baş tutacaq.

Serialda “Bozbash Pictures”un əsas obrazlarından biri olan Şöşünün ailəsindən bəhs ediləcək. Belə ki, yeni obrazlar Racu, Boyat və Məstandır.

Ekran işi hər bazar ertəsi 23.40-da yayımlanacaq.

(axsam.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR