Daha bir Avropa nəhəngi Halandla maraqlanır

Daha bir Avropa nəhəngi Halandla maraqlanır
13:37 1 Noyabr 2019
114 İdman
Ölkə mətbuatı
A- A+

"Zalsburq"un hücumçusu Erlinq Halandla maraqlanan klubların sayı getdikcə artır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, daha bir nəhəng komanda gənc forvardı heyətinə qatmaq fikrinə düşüb.

"Real" və "Mançester Yunayted"dən sonra "Yuventus" da 19 yaşlı oyunçu uğrunda mübarizəyə qoşulub. Hətta menecer Mino Rayola norveçlinin mövsümün sonunda İtaliya klubuna transferi məsələsi üçün danışıqlara başlayıb. "Qoca sinyora" bu keçidin reallaşması üçün "Zalsburg"a 40 milyon avro təklif etməyə hazırlaşır.

Qeyd edək ki, Erlinq Haland bu mövsüm bütün turnirlərdə 22 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/798793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR