DÜNYA ÇALXALANIR: Bu ölkələrdə minlərlə insan küçələrdədir - FOTOLAR

Latın Amerikası başda olmaqla dünyanın müxtəlif yerlərində geniş miqyaslı aksiyalar davam etməkdədir. Bu aksiyalar gəlir bölgüsündəki ədalətsizlik, qanunsuzluq, qiymət artımları və seçkilərdə hiylə iddiaları ilə həyata keçirilir.

Metbuat.az xəbər verir ki, aksiyalarda bu günə qədər onlarla insan öldü, minlərlə insan yaralandı və həbs edildi. Hal-hazırda nümayişlərin davam etdiyi ölkələri təqdim edirik:

Livan

Livanlılar hökümətin rabitəyə və xüsusən də “Whatsapp” mobil tətbiqinə vergi tətbiq etməsinə etiraz olaraq oktyabrın 17-də küçələrə axın etdilər. Ölkənin Rabitə naziri Məhəmməd Şukeyr “Whatsapp”a tətbiq edilən verginin ləğv edildiyini açıqlasa da, ölkənin dörd bir yanında nümayişlər davam etməkdədir. Livanda 2015-ci ildə baş tutan aksiyalardan sonra ilk dəfə bu cür geniş nümayişlərin keçirildiyi bildirilir. Ölkənin Baş naziri Səəd əl-Həriri bu səbəblə istefa edəcəyini də açıqlayıb.

İraq

İraqlılar işsizlik, qanunsuzluq və ictimai xidmətin yetərsiz olması iddiaları ilə ölkənin müxtəlif bölgələrində nümayişlər keçirirlər. 1 oktyabrda meydana gələn nümayişlər hələ də davam etməkdədir.

Paytaxt Bağdad başda olmaqla ölkənin mərkəz və cənub bölgələrinə yayılan aksiyalarda 200-dən çox insan ölüb, 8 minə yaxın insan isə yaralanıb. BMT-dən verilən açıqlamada 229 nəfərin öldüyü bildirilib.

Honq-Konq

Honq-Konq höküməti iyunun 3-də şübhəlilərin Çinə ekstradasiyasını nəzərdə tutan qanun layihəsini parlamentə təklif etmişdi. Bu qanun layihəsinə etiraz olaraq həmin ayın əvvəllərində ölkədə yüz minlərlə insanın iştirakı ilə aksiyalar başladı. Aksiyaların gün keçdikcə genişləndiyini görən Honq-Konq lideri Lam iyul ayında qanunun “dondurulduğunu” açıqladı, lakin aksiyalar davam etdirildi. Sentyabrın 4-də isə qanun layihəsinin geri çəkiləcəyi bildirildi. Qanun layihəsi oktyabrın 23-də rəsmən geri çəkildi.

Daha son nümayişçilər “demokratik islahat” tələbi ilə nümayişlərə davam etdilər. Onların tələbləri polis şiddətinin araçdırılması üçün müstəqil komissiyanın yaradılması, həbs edilən nümayişçilərin azad edilməsi və siyasi islahatların yenidən başladılmasıdır.

Ekvador

Təxminən 16,5 milyon əhalisi olan Ekvadorda 6 nəfərin ölümünə səbəb olan aksiyalar prezident Lenin Morenonun yanacaq subsidiyalarının ləğv edilməsini əks etdirən iqtisadi islahatlarına etiraz olaraq okyabrın 3-dən başlayıb.

Fövqəladə vəziyyət elan edilməsi, hökümətin mərkəzinin paytaxtdan köçürülməsi, küçəyə çıxma qadağası, polislərin sərt müdaxiləsi qısa müddətdə üsyana çevrilən aksiyaları durdurmağa bəs etməyib.

Ölkənin müxtəlif şəhərlərindən paytaxt Quitoya gələn on minlərlə insanın həyata keçirdiyi aksiyalar nəticəsində Moreno oktyabrın 13-də paytaxta qayıtdı və nümayişçilərlə dialoq üçün masaya oturdu.

Çili

Çilinin paytaxtı Santyaqoda metro qiymətlərinin artımına etiraz olaraq başlayan və 18 oktyabrda bütün ölkəni bürüyən aksiyalarda bugünə qədər 20 nəfər öldü, 218 nəfər yaralandı, 9 min 203 insan həbs edildi.

Dövlət prezidenti Sebastian Pinera oktyabrın 25-də 1 milyon 200 min insanın meydanlara axın etməsindən sonra Kabinetin istefasını istəyib.

Haiti

Qitənin ən yoxsul ölkəsi olan Haitidə 50 civarı insanın öldüyü aksiyalar yanacaq, su və qida təminatının imkansız hala gəlməsi, iqtisadi kiçilmə nəticəsində kiçik müəssisələrin kredit tapa bilməməsi və qanunsuzluk kimi səbəblərlə keçirilir.

Fevralın əvvəlində başlayan aksiyalarda 26 nəfər ölmüş, 80 nəfər yaralanmışdı. Aksiyaların ikinci dalğası isə iyulda başladı, nəticədə 2 nəfər həyatını itirdi.

Aksiyaların son dalğası isə 16 sentyabrda başkadı və 20 nəfərin ölməsi, 200-ə yaxın insanın yaralanması ilə nəticələndi.

Boliviya

Boliviyada oktyabrın 20-də Evo Moralesin zəfəri ilə bitən president seçkilərində saxtakarlıq edildiyi iddiaları ilə aksiyalar başladı. Aksiyalarda 8 nəfərin yaralandığı bildirilir. Moralesin iddialar qarşısında beynəlxalq istintaq işi açılmasını və səslərin yenidən sayılmasını qəbul etməsinə baxmayaraq, müxalif tərəf seçkilərin yenidən keçirilməsini tələb edir.

Honduras

Hondurasda president Xuan Orlando Hernandezin qardaşının ABŞ-da narkotik qaçaqçılığından həbs edilməsi və Hernandezin seçki kampaniyası üçün “El Çapo” ləqəbli narkotik baronundan pul aldığı iddiası ölkədə aksiyaların başlamasına səbəb olmuşdu.

Qvineya

Afrika ölkəsi Qvineyada prezident Alfa Kondenin daha bir dəfə prezident seçilməsinə şərait yaradacaq konsititusiya dəyişikliyinə qarşı aksiyalar başladı. Polis və təhlükəsizlik işçiləri nümayişçilərə qarşı göz yaşardıcı qaz və mərmidən istifadə etmək məcburiyyətindən qalıb. 2 nəfərin vurularaq yaralandığı, çox sayda insanın həbs edildiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR