Azərbaycanda oktyabrda dövlət xətti ilə 114 ipoteka krediti verilib

Azərbaycanda oktyabrda dövlət xətti ilə 114 ipoteka krediti verilib
15:22 1 Noyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

İlk xəbər saat 14:48-də verilib
Bu il noyabrın 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 344,686 milyon manat təşkil edib.
“Report” İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 8,854 milyon manat və yaxud 0,7% çoxdur. 
Ümumi məbləğin 127,458 milyon manatı 2019-cu ildə formalaşıb. 
Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 114 vahid artaraq 26 999-dan 27 113-ə çatıb. Bunun isə 1 884-ü bu ilin payına düşüb. 
Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ oktyabrda 5,1 milyon manat artaraq 41,759 milyon manatdan 46,859 milyon manata çatıb. Bunun 29,33 milyon manatı 2019-cu ildə verilib. 
Hazırda Fondun dövriyyədə 707,672 milyon manatlıq istiqrazı var. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-oktyabrda-dovlet-xetti-ile-114-ipoteka-krediti-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR