Baş ağrıları ilə bağlı azərbaycanlı mütəxəssisdən XƏBƏRDARLIQ: bunları yeyirsinizsə...

Baş ağrıları ilə bağlı azərbaycanlı mütəxəssisdən XƏBƏRDARLIQ: bunları yeyirsinizsə...
17:08 1 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Baş ağrılarının 300-dən çox səbəbi ola bilər.

Publika.az xəbər verir ki, bunu tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov baş ağrılarının yaranma səbəblərindən danışarkən deyib.

Həkimin sözlərinə görə, səbəbləri araşdırmağa başlayarkən əvvəlcə 3 ən böyük səbəbi inkar etmək lazımdır:

1. Susuzluq. Ya lazımi miqdarda su içməmisiniz, ya da suyu bədəndən çıxara bilən dərman və ya qida qəbul etmisiniz.

2. Yuxusuzluq. Yorğunluq+lazımi miqdarda yuxunun olmaması baş ağrısı səbəbləri arasında 2-ci yerdədir.

3. Bəzi qidaların qəbulu. Bunlardan bir neçəsi:

* Çay sodası və ya ya duzlu yemək, hipernatremiya verərək başağrısı yaradır.

* Aspartam. Bu süni şirinləşdirici bir çox içkilərə, məsələn kola və bəzi qidalara qatılır. Sutkalıq miqdarı 50 qramdan artıq olanda başağrısı verir.

* Banan və avokado. Bu meyvələrdə tiraminin miqdarı çoxdur. Əgər MAO inhibitor-antidepressant qəbul edirsinizsə və ya MAO defisitli insansınızsa, bu meyvələr xüsusilə başağrı verəcək.

* Çörək. Tərkibində bol miqdarda qluten olan çörək, həssas insanlarda başağarı yaradır. Seliak xəstəliyinin bəzən yeganə əlaməti olan başağrı ola bilər.

* Partilərdə, toylarda yeyilən zeytun turşusu, pendir assortisi və çərəz. Bu qidalar uzun müddət saxlanıldıqda tərkibində tiraminin miqdarı çoxalır.

* Saqqız. Tərkibində mentol olan saqqızdan çox istifadə edən insanlarda həm mentola, həm də çənə yorğunluğuna görə başağrı ola bilər.

* Pendir, qırmızı çaxır. Uzun müddət saxlandıqda dadı yaxşılaşır, amma tiraminin miqdarı artır. Tiramin amin turşusudur. Yuxarıda da qeyd etdiyimiz kimi, bəzi insanlarda bu ferment çatışmır.

* Kolbasa və sosiska. Tərkibindəki nitratlar baş-beyin damarlarını genişləndirməklə başağrı yaradır.

* Şokolad. Tərkibində tiramin, feniletilamin, kofein var və bu kombinasiya bəzi insanlara başağrı verə bilir.

* Qidalanmasanız da başınız aclıqdan ağrıyacaq. Səbəb isə aydındır: hipoqlikemiya.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/294847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR