Türkiyə 18 suriyalı hərbçini Rusiyaya təhvil verib - FOTO

Türkiyə 18 suriyalı hərbçini Rusiyaya təhvil verib - FOTO
17:27 1 Noyabr 2019
114 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə 18 suriyalı hərbi əsiri Rusiyaya təhvil verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat yayılıb.

Bildirilir ki, Prezident Bəşər Əsəd rejiminin 29 oktyabrda Ras əl-Ayn şəhəri yaxınlığında tutulan 18 ünsürü Rusiya Federasiyası hökuməti ilə danışıqlardan sonra onlara təhvil verilib.

Xatırladaq ki, Suriya ordusu və Rusiya hərbi polisi Türkiyə ilə razılaşma çərçivəsində Suriyanın şimalına daxil olub. Oktyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan "Sülh mənbəyi" hərbi əməliyyatının dayandırılması barədə razılığa gəliblər. Ruslar bölgəni idarə edən kürdlərə sərhəddən 32 kilometrə qədər qüvvə çıxarmağa kömək etməlidirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/798876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR