“Muğan Bank” bu ilin 9 ayını zərərlə başa vurub

“Muğan Bank” bu ilin 9 ayını zərərlə başa vurub
17:27 1 Noyabr 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

“Muğan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 8,254 milyon manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 650 min manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, 9 ay ərzində “Muğan Bank”ın gəlirləri 43,287 milyon manat (illik müqayisədə 0,5% çox), xərcləri 40,3 milyon manat (5,7% çox), xüsusi ehtiyatlara ayırmaları isə 11,241 milyon manat (2,6 dəfə çox) təşkil edib.
Bu il oktyabrın 1-nə “Muğan Bank”ın aktivləri 558,549 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,3% azdır. Bunun 337,064 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10,4% kiçilib.
Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 3,7% azalaraq 473,375 milyon manata, o cümlədən depozit portfeli 13,9% azalaraq 260,182 milyon manata düşüb, balans kapitalı isə 23,4% artaraq 85,174 milyon manata, o cümlədən nizamnamə kapitalı 17,6% artaraq 100 milyon manata çatıb.
Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/mugan-bank-bu-ilin-9-ayini-zererle-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR