İstirahət günlərinin HAVA PROQNOZU açıqlandı

İstirahət günlərinin HAVA PROQNOZU açıqlandı
17:43 1 Noyabr 2019
146 Ölkə
Ölkə mətbuatı
A- A+

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Noyabrın 3-də gündüz hava, əsasən, yağmursuz keçəcək, arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək. Havanın temperaturu dağətəyi rayonlarda 15-18, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, mülayim şərq küləyi əsəcək, havanın maksimal temperaturu 15-18, dağlıq rayonlarda 7-10 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 15-19 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək. Havanın maksimal temperaturu 15-18 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, havanın maksimal temperaturu 13-18 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə fasilələrlə yağış yağacağı gözlənilir. Noyabrın 2-si səhərdən 3-ü səhərədək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 12-15 dərəcə isti təşkil edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/294862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR