Serena Uilyamsın sınmış raketkası hərraca çıxarıldı

Serena Uilyamsın sınmış raketkası hərraca çıxarıldı
17:47 1 Noyabr 2019
108 İdman
Ölkə mətbuatı
A- A+

ABŞ tennisçisi Serena Uilyamsın 2005-ci ildə Uimbldonda azarkeşə hədiyyə etdiyi sınmış raketkası auksiona çıxarılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, raketkanın başlanğıc qiyməti 8 min dollardır. 38 yaşlı idmançı 14 il öncə baş tutan turnirin ilk dövrəsində həmyerlisi Ancela Heynsə qarşı məhz bu raketka ilə oynayıb.

O, ilk seti uduzandan sonra emosional şəkildə raketkanı sındırıb və azarkeşə verib, görüşü isə qələbə ilə başa vurub.

Qeyd edək ki, Serena Uilymas Böyük Dəbilqə turnirlərində 23 dəfə qalib gəlib. Rekord isə avstraliyalı Marqaret Korta aiddir - 24 qələbə.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/798916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR