Keçmiş müavini Əli Kərimlini YIXIB-SÜRÜDÜ

Keçmiş müavini Əli Kərimlini YIXIB-SÜRÜDÜ
18:03 1 Noyabr 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

“Siyasi partiyaları inkişafdan saxlayan əsas amil sistem deyil. Kollegial idarəetməni tələb və təşkil edə bilməyən sıravi üzvlərdir. Onlar “lider, lider” qışqırmaqla korlayıb işləri. Özləri də çaşıb, cəmiyyətdəki fəal vətəndaş kütləsini də çaşdırıblar. Nəyi və necə istədiyini ifadə edə bilməyən qruplar bu gün təriflədiyi fərdi sabah isə söyür. Və ya tərsinə”.

Publika.az xəbər verir ki, bu barədə AXCP sədrinin sabiq müavini Sahib Kərimli deyib.

Onun sözlərinə görə, 19 oktyabrdan sonra göylərə qaldırılan Əli Kərimlini, 2 noyabr aksiyasını ləğv etdiyi üçün yerdən-yerə vururlar: “Nə əvvəl, nə də indi həqiqətə yaxın deyillər. Onları həqiqətlərdən və kreativ işdən uzaqlaşdıran isə, ideyadan və kollegiallıqdan uzaqlaşmalarıdır. Bir fərdin verdiyi qərara hamının alt şüurunda şübhə var. Çoxluğa güvən həmişə çox olub”.

Əli Kərimlinin noyabrın 2-nə təyin etdiyi mitinqi ləğv etməsindən danışan S.Kərimli deyib ki, onların arasında güvənsizlik, inamsızlıq, lidersizlik var.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/294863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR