Həkim tarixin ən uzun dişini çıxardı - FOTO

Həkim tarixin ən uzun dişini çıxardı - FOTO
20:47 1 Noyabr 2019
118 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyalı diş həkimi tarixdə ən uzun dişi çıxararaq "Ginnesin Rekordlar kitabı"na düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Frankfurter Neue Zeitung" nəşri yazıb.

Xəstə Millau Vodopillia üst çənəsindəki şiddətli ağrı şikayəti ilə həkim Maks Lukasa müraciət edib. 

Həkim ağrıya səbəb olan dişi çəkmək məcburiyyətində qalıb. Dişin uzunluğunun 3,72 sm olduğu müəyyənləşib. Bu, indiyə kimi çəkilən ən uzun diş kimi "Ginnesin Rekordlar kitabı"na düşüb.

Qeyd edək ki, bundan əvvəlki rekord 2017-ci ildə Hindistanda qeydə alınmışdı, dişin uzunluğu 3,67 sm olmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/798918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR