"Müxalifətin hərəkətləri anormallıqdır"

"Müxalifətin hərəkətləri anormallıqdır"
20:57 1 Noyabr 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

"Müxalifətin hərəkətləri anormallıqdır". Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, müxalif düşərgəni təmsil edən şəxslər şou yaradaraq gündəm də qalmaq üçün çox çeşidli üsul və vasitələrdən istifadə edirlər: "Heç kəsə sirr deyil ki, xaricdəki bəzi qüvvələrin də Azərbaycanın inkişafına kölgə salmaq üçün bu cür şəxslərə istifadə edir. Yəni həmin qüvvələr Azərbaycanda nə isə bir xoşagəlməz vəziyyət yaratmaq üçün müxalif şəxslərdən bir alət kimi istifadə etməyə çalışırlar. Təbii ki, xaricdən maliyyələşən şəxslər də onların sifarişlərini yerinə yetirməlidir. Lakin, bu günə qədər onların hər hansı bir olay yaratmaq cəhdləri nəticəsiz qalıb. Çünki, onların buna gücü çatmır. O cümlədən də, bu gün müxalifətin xalq tərəfindən də heç bir dəstəyi yoxdur. Xalq bunların nə eşitmək nə də ki, görmək istəyir. Yəni xalq radikal müxalifət düşərgəsini təmsil edən bu şəxslərin anormal hərəkətlərindən artıq bezib. Yaxşı olardı ki, müxalifət təmsilçiləri bu cür yersiz hərəkətlərindən əl çəksinlər. Müxalifətə sula vermək lazımdır ki, sizə mitinqlər keçirmək üçün yer verilib, nəyə görə sizlər ayrılan yerdə mitinqlərinizi keçirmirsiniz? Onsuzda müxalifət istər icazəli, istərsə də icazəsiz aksiya keçirsələr belə onların bu mitinqlərinə özlərindən, qohumlarından başqa heç kəs qatılmır və bundan sonrada qatılmayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/799020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR