“Altın Portakal”ın qalibləri elan edildi - 10 mükafatla gecənin qalibi oldu - FOTO

“Altın Portakal”ın qalibləri elan edildi - 10 mükafatla gecənin qalibi oldu - FOTO
09:17 2 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Dünən Antalyada 56-cı "Altın Portakal" film festivalının mükafatlandırma mərasimi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gecənin qalibi 10 mükafatla "Bozkır" filmi olub. "Beynəlxalq qısametrajlı film" nominasiyası üzrə Ozan Yoleri ("Aylin"), ən yaxşı qısa filmə görə isə Burcu Aykar ("Ablam") qalib olub.

Festivala 29 ölkədən 69 rejissorun 66 filmi göndərilib.

Qaliblərin siyahısı belədir:

Beynəlxalq film yarışması üzrə:

"Ən yaxşı aktyor" - "Castle Of Dreams", Hamed Behdad

"Ən yaxşı aktrisa" - "Three summer",  Regina Case

"Ən yaxşı rejissor" - "Castle of dreams", Rza Mirkərimi

"Ən yaxşı film" - "They say nothing stays the same", Joe Odagiri

Milli film yarışması üzrə:

"Tamaşaçı mükafatı" - "Bilməmək", Leyla Yılmaz

"SİYAD Ən yaxşı film mükafatı" - "Aşk büyü Vs", Ümit Ünal

"Ən yaxşı rejissor işi" - mərhum rejissor Yavuz Özkanın xatirəsinə Ali Özelə təqdim edilib ("Bozkır")

"Ən yaxşı aktyor" - "Bozkır", Ozan Dağara və Hakan Emre Ünal

"Ən yaxşı köməkçi aktrisa" - "Soluk", Aslı İnandık

"Ən yaxşı musiqi" - "Bozkır", Hüseyn Özel

"Ən yaxşı efir rejissoru" - "Bozkır", Ümid Çakmaksoy

"Ən yaxşı ssenari" - "Bozkır", Ali Özel.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR