Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10:36 2 Noyabr 2019
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İtaliyanın Bari şəhərində para-taekvondo üzrə Avropa çempionatının ardından G4 kateqoriyalı Extra Games yarışlarının startı verilib.

Trend-in məlumatına görə, üç gün davam edəcək yarışların ilk günü 58 kq çəki dərəcəsində mübarizəyə qatılan Qaşım Maqomedov bürünc medala sahib olub.

Qeyd edək ki, para-taekvondo üzrə keçirilən Avropa çempionatında millinin üzvü, ikiqat dünya çempionu Aynur Məmmədova 58 kq yuxarı çəki dərəcəsində ilk rəqibi ispaniyalı (6:4), növbəti döyüşündə isə fransalı (23:1) idmançıya qalib gələrək yarımfinala vəsiqəni təmin edib. Yarımfinalda rusiya (12:8) təmsilçisinin də qarşısını alan Aynur, həlledici döyüşdə ozbəkistanlı idmançı ilə 5:5 hesablı bərabərlik sonrası qızıl xalla qalib ayrılaraq artıq dördüncü dəfə qitə çempionu olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3143016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR