Qızı qaçırıb, 18 yaşlı qardaşını maşınla sürüdülər -

Şəmkir rayonunda film kimi olay yaşanıb.

Metbuat.az xəbər verir ki, hadisə Çinarlı qəsəbəsində qeydə alınıb. 2001-ci il təvəllüdlü Məmməd Xanverdiyev bacısını qaçırılmasının qarşısını alarkən ağır xəsarət alıb. Belə ki, 21 yaşlı bacısının avtomobillə qaçırıldığını görən M.Xanverdiyev bu işə mane olmağa çalışıb. Bu zaman Məhəmmədi avtomobil sürüyüb.

İIkin məlumata görə, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qardaşın ağır kəllə beyin travması aldığı bildirilir və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR