Peşəyönümü üzrə məsləhətçilərin bilik səviyyəsi artırılır (FOTO)

Peşəyönümü üzrə məsləhətçilərin bilik səviyyəsi artırılır (FOTO)
15:29 2 Noyabr 2019
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən rayon (şəhər) Məşğulluq mərkəzlərinin peşəyönümü üzrə məsləhətçiləri üçün təlimlərə start verilib.

Nazirlikdən Trend-ə bildirilib ki, Xidmətin Göyçay rayonundakı Regional Peşə Təhsili Mərkəzində təşkil olunan təlimdə Ağstafa, Balakən, Şabran, Masallı, Kürdəmir, Goranboy, Qazax, Şəmkir, Xocalı, Qobustan, Lənkəran, Zərdab, Quba, Oğuz, İsmayıllı və Gəncənin Kəpəz rayon Məşğulluq mərkəzlərindən ümumilikdə 16 əməkdaş iştirak edir. İştirakçılara psixoloq və ekspertlər tərəfindən peşəyönümü üzrə mütəxəssis, peşəyönümü üzrə praktik fəaliyyətin həyata keçirilməsi, məsləhət xidmətinin göstərilməsi, peşələrin təqdimatı, peşə maraqlarının diaqnostikası kimi mövzular tədris edilir.

Məqsəd məşğulluq orqanlarında qeydiyyatda olan işaxtaran və işsiz şəxslərə, eləcə də təhsil müəssisələrinin şagird və tələbələrinə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi işini təkmilləşdirməkdir. Təlimlərin sonunda iştirakçılara sertifikat təqdim ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3143056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR