Lənkəranda ağac aşaraq elektrik xətlərini sıradan çıxardı: 3 bina işıqsız qalıb

Lənkəranda ağac aşaraq elektrik xətlərini sıradan çıxardı: 3 bina işıqsız qalıb
18:52 2 Noyabr 2019
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran şəhərində güclü külək səbəbindən binalardan 3-ü işıqsız qalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Lənkəran şəhərində "1-ci mikrorayon" kimi tanınan ərazidə baş verib. Belə ki, Zərifə Əliyeva küçəsi 78/18 ünvanında yerləşən binanın qarşısındakı iri gövdəli çinar ağacı güclü külək səbəbindən aşıb. Oradan keçən 2 işıq dirəyinə ziyan dəyib və elektrik xətləri sıradan çıxıb. Nəticədə həmin küçədə yerləşən 18, 19 və 22 saylı binalar işıqsız qalıb.

Hazırda ərazidə fəsadın aradan qaldırılması üçün "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən müvafiq işlər görülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/799254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR