Çin və Rusiyanın ABŞ-a qarşı gözlənilməz həmləsi – Buzlar üzərində döyüş başlayır

Çin və Rusiyanın ABŞ-a qarşı gözlənilməz həmləsi – Buzlar üzərində döyüş başlayır
18:58 2 Noyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya və Çin Arktika bölgəsində buzların əriməsi ilə ABŞ-ın qlobal su yolları üzərindəki hakim mövqeyini almağa çalışır.

Publika.az
xəbər verir ki, “Bloomberg” nəşri Rusiyanın xam neft ticarətini Arktika bölgəsi üzərindən həyata keçirmək istiqamətində çalışdığını yazıb.

Xam neft daşıyan iki tanker Rusiyanın qərbindəki Primorsk limanından çıxaraq, Arktika okeanı üzərində Çinə çatıb. Rusiya və Çin arasında həyata keçirilən bu daşınmanın yükünün neft olması “ABŞ-a ortaq mesaj vermək” kimi qiymətləndirlir.

Arktika bölgəsində Şimal dənizindən istifadə edərək, həyata keçirilən daşınmanın 2018-ci ildən indiyə qədər ikiqat artdığı deyilir.

Mütəxəssislər 1979-cu ildən indiyə qədər buz təbəqəsinin 40 faizi əriyən Arktika bölgəsində açılan yeni su yollarının dəniz daşınmalarının sürətlə artmasına səbəb olduğunu qeyd edirlər. Proqnozlara görə, Arktika su yollarından istifadə ABŞ donanmasının nəzarəti altındakı su yollarının sıradan çıxmasına səbəb olacaq. Bu həm də Arktika uğrunda yeni müharibəyə də gətirib çıxara bilər.

Asif



Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/294930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR