Xəzər dənizində dalğaların hündürlüyü 7 metrə çatıb

Xəzər dənizində dalğaların hündürlüyü 7 metrə çatıb
21:15 2 Noyabr 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Bakı, Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Milli Hidrometeorologiya Departamentinin saat 20:00-a olan məlumatına görə, şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft daşlarında 31 m/s-dək güclənib, dalğanın hündürlüyü 7 metr olub.

Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkaran, Neftçala, Şabran, Nabranda yağış yağıb.
Xaltan, Qırız, Xınalıq, Şahdağda qar yağıb.

Qeyd: ölkə ərazisinndə qeyri-sabit, yağıntılı hava şəraitinin noyabrın 4-ü gündüzədək davam edəcəyi, güclü şimal -qərb küləyinin 3-ü səhər saatlarından tədricən mülayimləşəcəyi gözlənilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3143258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR