Boyanka Kostova nüfuzlu beynəlxalq turnirin qalibi oldu - FOTO

Boyanka Kostova nüfuzlu beynəlxalq turnirin qalibi oldu - FOTO
21:17 2 Noyabr 2019
30 İdman
Ölkə mətbuatı
A- A+

2-5 noyabr tarixlərində Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq "Alexander Cup" turniri keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Ölkəmizi qadınlarda Boyanka Kostova, kişilərdə isə Nailxan Nəbiyev təmsil edir.

Artıq ilk yarış günü arxada qalıb. Boyanka Kostova 59 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 215 kq (95+120) nəticə ilə bütün rəqiblərini qabaqlayıb və turnirin qalibi adını qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/799288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR