Güclü külək Sabunçuda qaz xətlərini zədələdi - FOTO

Güclü külək Sabunçuda qaz xətlərini zədələdi - FOTO
21:58 2 Noyabr 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtdakı güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 25 ünvanında irigövdəli ağac 100 mm diametrlik qaz xəttinin üzərinə aşıb. Nəticədə 8 beşmərtəbəli binada qaz təchizatı dayandırılıb.

Sabunçu rayonu Ramana qəsəbəsi "Südcülük sovxozu" adlanan yaşayış massivində daş hasar sayğaclara qoşulmuş bir neçə müxtəlif diametrli qaz xəttinin üzərinə aşıb. Bu hadisə 200 abonentin qazla təminatında fasilə yaranmasına səbəb olub.

“Azəriqaz” İstehsalat Birliyinin əlaqədar qurumları fəsadların aradan qaldırılması üçün xüsusi rejimdə çalışır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/294949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR