Rəqəmsal Ödəniş Platforması Xiaomi Mi Pay Google Play Store-da yayımlandı

Rəqəmsal Ödəniş Platforması Xiaomi Mi Pay Google Play Store-da yayımlandı
22:12 2 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

2016-cı ildə tanıdılan Mi Pay ilk mərhələdə yalnız Çin bazarında istifadə edilə bilirdi. Vətənində uğurlu nəticələrdən sonra Hindistan bazarına daxil olan Xiaomi, oradakı beta versiyasına keçən ilin sonlarında başlamışdı. Mobil ödəniş metodu üçün zəruri infrastrukturu tamamlamağa çalışan Çin texnologiya nəhəngi, bu gündən etibarən bütün Hindistan istifadəçilərinə Mi Pay-i istifadəyə verdi.

Milli.Az techland.az-a istinadən bildirir ki, Mi Pay rəqəmsal ödəmə sistemi Hindistanda kredit kartları, debet kartları, internet bankçılıq və QR kodu ödəmələri təmin edən ən müasir rəqəmsal pul köçürmə sistemini UPI (Unified Payment Interface) dəstəkləyir. Rəqəmsal bankçılıqda yeni bir standart qoyan UPI, son illərdə əhəmiyyətli bir böyüməyə nail oldu.

Getdikcə inkişaf edən bu sektora laqeyd qalmayan Xiaomi, istifadəçilərə rəqəmsal cüzdan və ödənişlər sahəsində vahid xidmət təqdim etməyi hədəfləyir. Bu da Mi Pay-ı Paytm, PhonePe, Amazon Pay, Airtel Ödənişlər Bankı və yaxın zamanlarda istifadəyə veriləcək WhatsApp Pay ilə birbaşa rəqabətin içinə daxil edir. Çinli şirkət Mi Pay ilə təklif edəcəyi fərqli xüsusiyyətləri ilə sektordakı rəqiblərindən üstün olmağı hədəfləyir. Mi Payın önümüzdəki dövrdə fərqli ölkələrdə satışa çıxarılacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/798546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR