Yaponiyada vulkan püskürüb

Yaponiyada vulkan püskürüb
22:32 2 Noyabr 2019
27 Dünya
Ölkə mətbuatı
A- A+

Yapon mütəxəssisləri ölkənin cənub-qərbindəki "Satsuma-Yojima" adasında yerləşən vulkanının püskürməsini qeydə alıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yaponiyanın meteoroloji idarəsi adadakı insanları ayıq olmağa və vulkana yaxınlaşmamağa çağırır.

"NHK" kanalına əsasən, kraterindən ağ tüstü gəlir. Vulkanın kraterindən 2,5 kilometr məsafədə təxminən 100 nəfər əhalisi olan kiçik bir kənd var.

Qeyd edək ki, Yaponiya olduqca aktiv seysmik zonada yerləşir, onun ərazisində təxminən 50 aktiv vulkan var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/799296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR