Güclü külək qaz təsərrüfatına ziyan vurub - FOTO

Güclü külək qaz təsərrüfatına ziyan vurub - FOTO
23:12 2 Noyabr 2019
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün ölkə ərazisində əsən güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib. Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 25 ünvanında irigövdəli ağac 100 mm diametrində qaz xəttinin üzərinə aşıb.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a bildiriblər ki, nəticədə 8 beşmərtəbəli binada qaz təchizatı dayandırılıb.

Sabunçu rayonu Ramana qəsəbəsi südçülük sovxozu yaşayış massivində daş hasar sayğaclara qoşulu bir neçə müxtəlif diametrli qaz xəttinin üzərinə aşıb. Bu hadisə 200 abonentin qaz təminatında fasilə yaranmasına səbəb olub. "Azəriqaz" İstehsalat Birliyinin əlaqədar qurumları bu fəsadların aradan qaldırılması üçün xüsusi rejimdə çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/799297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR