Beynəlxalq Kosmik Stansiyaya gedəcək 63-cü ekspedisiyanın tərkibi məlum olub

Beynəlxalq Kosmik Stansiyaya gedəcək 63-cü ekspedisiyanın tərkibi məlum olub
23:17 2 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

2020-ci ilin aprel ayında NASA kosmonavtları Kris Kassidi, həmçinin rus kosmonavtları Nikolay Tixonov və Andrey Babkin Beynəlxalq Kosmik Stansiyaya (ISS) 63-cü ekspedisiyaya yola düşəcəklər.

Milli.Az APA-ya istinadla xəbər verir ki, yeni heyət hazırda orbital stansiyada olan NASA kosmonavtları - Cessika Meiri, Andrey Morganı, eləcə də rusiyalı kosmonavt Oleq Skrypoçkanı əvəz edəcək.

ISS-ə 62-ci ekspedisiyadan sonra Kris Kassidi heyətin rəhbəri olacaq. Gözlənildiyi kimi, 63-cü ekspedisiya 2020-ci ilin oktyabrına qədər davam edəcək.

Qeyd edək ki, bu uçuş Kassidinin Kosmosa üçüncü səfəri olacaq. O, 2009-cu ildə, "Endeavour" kosmik gəmisində kosmik uçuş edən 500-cü adam olub. Kassidi 2013-cü ildə İSS-ə gedən 35 və 36-cı ekspedisiyalarda iştirak edib. Ümumilikdə orbitdə 182 gün keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/798537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR