Pakistanda qatar yanğının başvermə səbəbi açıqlanıb

Pakistanda qatar yanğının başvermə səbəbi açıqlanıb
06:57 3 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Pakistanın sərnişin qatarında 73 nəfərin həlak olması ilə nəticələnən yanğın qaz balonunun partlayışı nəticəsində baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Pakistanın Dəmiryol Nəqliyyatının operatoru tərəfindən keçirilmiş araşdırmanın nəticələri göstərir.
"Müəyyən edilib ki, yanğın qatarın bəzi "ekonom klass" sərnişinləri üçün səhər yeməyi hazırlamağa başlayarkən baş verib", - deyə "Pakistan dəmir yolları"nın icraçı direktoru Aycaz Əhməd Buriro bildirib.
"Hadisə haqqında ilkin hesabat şənbə günü alınıb, araşdırmanın ətraflı nəticələri noyabrın 20-də hazırlanacaq", - Buriro əlavə edib.
Qeyd edək ki, oktyabrın 31-də Karaçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edən sərnişin qatarında qaz balonunun partlayışı nəticəsində güclü yanğın baş verib. Məlumatlara görə, hadisə nəticəsində 73-dən çox insan həlak olub, 40-dan sərnişin yaralanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pakistanda-qatar-yanginin-basverme-sebebi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR