Premyer Liqa: "Zirə" "Sumqayıt"la, "Qəbələ" "Sabah"la qarşılaşacaq

Premyer Liqa: "Zirə" "Sumqayıt"la, "Qəbələ" "Sabah"la qarşılaşacaq
08:02 3 Noyabr 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun son 2 oyunu keçiriləcək.
"Report"un məlumatına görə, bu dəfə turnir cədvəlinin aşağı "4-lüy"ündəki komandalar üz-üzə gələcək.
Əvvəlcə gənc referi Səbuhi Bayramovun idarəçiliyi ilə "Zirə" və "Sumqayıt" arasında oyun keçiriləcək. Qeyri-sabit oyun sərgiləyən komandalardan hansı qələbə qazansa, 11 xalı olan "Səbail"i də arxada qoyaraq, 4-cü pilləyə yüksələcək. Heç-heçə təqdirində isə onlar əvvəlki mövqelərində qalacaqlar. Hazırda "Sumqayıt" 10 xalla 5-ci, "Zirə" 9 xalla 6-cıdır.
Bu, iki komandanın 18-ci matçı olacaq. Əvvəlki qarşılaşmaların 10-da "Zirə", 4-də "Sumqayıt" qələbə qazanıb, 3-ü heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də qəsəbə təmsilçisi öndədir - 23:13. “Zirə” son 4 görüşdə qələbə qazanıb. “Sumqayıt” isə səfərdə 5 matçdır qalib gəlmir.
Tura Qəbələ şəhər stadionunda eyniadlı komanda və "Sabah" arasındakı görüşlə yekun vurulacaq. Hazırda 6 xalla sonuncu yerdə gedən "Qəbələ" özündən bir xal öndəki rəqibindən elə bir pillə geri qalır. "Qırmızı-qaralar" bu mövsüm yeganə qələbəni ilk dövrədə məhz "Sabah" üzərində qazanıb - 1:0.
Bu, iki komandanın 6-cı qarşılaşması olacaq. Əvvəlki görüşlərin 3-də “Qəbələ”, 1-də “Sabah” qalib gəlib, daha 1 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbəti 4:2
əyalət təmsilçisinin xeyrinədir. “Qəbələ” 4 oyundur uduzmur və 3 matçdır qol buraxmır. “Sabah” isə səfərdə qalib gəlməyib.
Azərbaycan Premyer Liqası, X tur
15:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu
17:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun ilk 2 matçında qapılara qol vurulmayıb. "Neftçi" - "Qarabağ" və "Səbail" - "Keşlə" oyunlarında hesab açılmayıb - 0:0.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/premyer-liqa-zire-sumqayit-la-qebele-sabah-la-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR