Yağmurlu havanın gətirdiyi payız xəstəlikləri

Yağmurlu havanın gətirdiyi payız xəstəlikləri
08:32 3 Noyabr 2019
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəyişkən yağışlı hava, daim dəyişilən meteoşərait insanda stresin inkişafına və immun sistemin zəifləməsinə səbəb olur. Bu hal insanda olan xroniki xəstəliklər kəskinləşməsinə gətirib çıxarır.

Milli.Az medicina.az-a istinadən kəskinləşən xroniki xəstəliklər haqqında məlumatı təqdim edir:

Ürək-damar sistemi xəstəlikləri

Payızda arterial təzyiqə, düzgün qidalanmaya, güclü fiziki və emosional gərginliklərdən uzaq olmağa fikir vermək lazımdır.

Tənəffüs sistemi xəstəlikləri

Hərarətin kəskin enməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə xəstəliklərin inkişafına əlavə təkan verir.

Həzm sistemi xəstəlikləri

Payızda qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır.

Artrit və artroz

Soyuq havalarda oynaqda ağrı, oynağın şişməsi, oynaqda hərəkətliliyin azalması kimi simptomlar meydana çıxır. Profilaktika məqsədi ilə daha isti geyinmək, tamdəyərli qidalanmaq, C vitamini qəbul etmək lazımdır.

Psixoloji pozulmalar

Payız aylarında insanlar depressiya və stressə meyilli olur. Bu halların profilaktikası üçün daha çox açıq havada gəzmək, idman və bədən tərbiyəsi ilə məşğul olmaq, tamdəyərli qidalanmaq lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/798923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR