Bu çaylarda sululuq artıb

Bu çaylarda sululuq artıb
09:05 3 Noyabr 2019
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi yerlərdə yağan intensiv yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 20-40 faizini təşkil edir.

Noyabrın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 116 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 62 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 135 m3/s olmaqla, ongünlük normadan az olub.

Noyabrın 1-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 32 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 38 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 81 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.

Noyabrın 1-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 91 m3/s təşkil etməklə ongünlük normadan çox olub.

Noyabrın 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 316 sm təşkil edib. Bu rəqəm 2018-ci il noyabrın 1-də isə 370 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm azalaraq 107 sm qeydə alınmışdır. 2018-ci il noyabrın 1-də isə bu rəqəm 253 sm təşkil edib. Salyanda suyun səviyyəsi dəyişməmiş və 58 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 197 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 22 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il noyabrın 1-də isə 87 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 12 sm artaraq 150 sm təşkil edib, lakin 2018-ci il noyabrın 01-də 203 sm qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/799300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR