Faktıki hava açıqlandı, külək mülayimləşib

Faktıki hava açıqlandı, külək mülayimləşib
12:42 3 Noyabr 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.

Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 17 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına görə, dalğanın hündürlüyü 4 metrə enib. Hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, 7-12 m/s şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

Noyabrın 04-də fasilələrlə yağış yağacaq. Cənub- şərq küləyi 5-10 m /s, günün ikinci yarısında arabir 12-15 m/s olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/weather/799356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR