Artıq "WhatsApp" mesajlarınıza görə arxayın ola biləcəksiniz

Artıq "WhatsApp" mesajlarınıza görə arxayın ola biləcəksiniz
13:22 3 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

"WhatsApp"-ın Android versiyasına barmaq izi xüsusiyyəti əlavə edilib. 

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, "WhatsApp" iOS-da tətbiq etdiyi barmaq izi ilə bağlam xüsusiyyətini Android tətbiqi üçün də istifadəyə verib. "Barmaq izi kilidi" funksiyası "WhatsApp"-ın Androiddəki 2.1.222 versiyası ilə birlikdə istifadəyə verilib. Artıq bütün Android cihazlara "WhatsApp"-ım yeni versiyasını yükləyərək yeni funksiyadan istifadə etmək mümkündür. Yəni bundan sonra "WhatsApp"-a ancaq barmaq izi ilə daxil olmaq mümkün olacaq.

Funksiya aktivləşdirildikdən sonra daha heç kim sizin "WhatsApp"-nızı açıb mesajlara baxa bilməyəcək. Bunun üçün tətbiqin nizamlanmasına daxil olaraq "barmaq izi kilidi" funksiyasını aktivləşdirməlisiniz.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/hitech/799351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR