Dünyaca məşhur müğənninin məktəbli bacısı hamilədir - FOTO

Dünyaca məşhur müğənninin məktəbli bacısı hamilədir - FOTO
13:27 3 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Pakistan əsilli məşhur britaniyalı müğənni Zayn Malikin kiçik bacısı, 17 yaşlı Safaa hamiləliyini elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "One Direction"un keçmiş üzvü Zaynın kiçik bacısı Safaa 17 yaşı olandan üç gün sonra 16 sentyabrda Martin adlı bir oğlanla evlənib. Mərasim İngiltərənin Bradford şəhərində ənənəvi müsəlman ayininə uyğun olaraq keçirilib.

Ötən gün isə məlum olub ki, cütlük ilk övladlarını gözləyirlər. Bir neçə gün əvvəl Safaa dostlarını başına toplayaraq bununla bağlı parti keçirib. Qız körpənin cinsiyyətini gizlətməyib. Onun qızı olacaq.

Safaa, Yasser və Trish Malikin ən kiçik uşaqlarıdır. "Daily Mail" xəbər verir ki, Safaa hələ də məktəblidir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR