“Arsenal” Emerini göndərir - Mourinyo ilə görüş oldu

“Arsenal” Emerini göndərir - Mourinyo ilə görüş oldu
16:42 3 Noyabr 2019
83 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın idman direktoru Raul Sanlyei "Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo ilə birgə nahar edib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi komandanın hazırkı baş məşqçisi Unai Emeri ilə futbolçular arasında münasibətlərin pisləşməsindən, həmçinin ünsiyyətdə dil probleminin olmasından narahatdır. İspan məşqçinin artıq bir-iki oyunluq limitinin qaldığı da iddia edilir.

"Arsenal"ın hazırda İngiltərə Premyer Liqasına yaxşı bələd olan nüfuzlu məşqçi axtarışında olduğu, Mourinyonun planlarının isə klub rəhbərliyini razı saldığı bildirilir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/799387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR