Ronaldonun bərbərinin meyiti tapıldı - Qətlə yetirilib

Ronaldonun bərbərinin meyiti tapıldı - Qətlə yetirilib
16:57 3 Noyabr 2019
103 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya millisi və "Yuventus"un hücumçusu Kriştiano Ronaldonun əsas bərbəri Rikardo Markes Ferreyra qətlə yetirilib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, onun meyiti Sürixdəki oteldə tapılıb. Üzərində bıçaq zərbələri olan meyiti otel təmizləyicisi otağı yığışdırmaq istəyərkən aşkarlayıb. Onun sözlərinə görə, meyit yatağa sərilmiş halda olub. Otaqdan alkoqol iyi gəlirmiş. Qətli kimin törətdiyi bilinmir.

Hazırda polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışı ilə məşğuldur.

Qeyd edək ki, son 2 ildə İsveçrədə yaşayan Rikardo Markes Ronaldo ilə yanaşı bir neçə portuqalyalı model və aktrisanın da bərbəri olub.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/799389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR