Məşhur aktyor narkotik vasitənin təsirindən öldü

Məşhur aktyor narkotik vasitənin təsirindən öldü
17:52 3 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

90-cı illərdə bir sıra məşhur filmlərdə rol almış aktyor Brayn Tarantina qəfil vəfat edib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, aktyor qardaşı oğlunun Nyu Yorkdakı evində dozadan artıq narkotik vasitənin təsirindən keçinib. Onun meyitini evə gələn qardaşı oğlu aşkarlayıb.

Qeyd edək ki, 1984-cü ildə çəkilən və dünya şöhrəti qazanan "Cotton Club" (Qanqsterlər klubu) adlı filmdə rol alan və getdikcə daha da məşhurlaşan Tarantina sonradan "The Sopranos", "Gilomer Girls", "Miami Vice", "Law&Order" və "Blacklist" kimi filmlərdə çıxış edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR