Moskvada silahlı soyğunçular azərbaycanlının 5 milyonunu apardılar

Moskvada silahlı soyğunçular azərbaycanlının 5 milyonunu apardılar
18:12 3 Noyabr 2019
87 Dünya
Ölkə mətbuatı
A- A+

Noyabrın 1-də beş soyğunçu Moskvanın Yuxarı sahələr küçəsində yerləşən 17 mərtəbəli binada yaşayan azərbaycanlının evinə basqın ediblər.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Moskva" agentliyi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, hücum edənlərdən biri 1975-ci il təvəllüdlü kişiyə travmatik tapançadan iki dəfə atəş açıb. Soyğunçular azərbaycanlının 5 milyon rublla dolu çantasını oğurlayaraq yoxa çıxıblar.

Zərərçəkən güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Hücum edənlərdən biri tez bir zamanda polis tərəfindən tutulub.

Polis Cinayət Məcəlləsinin 162-ci maddəsinin 6-cı bəndinin 4-cü hissəsinə əsasən quldurluq faktı ilə cinayət işi açıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/799400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR