Soyuq havalarda araq içənlərin NƏZƏRİNƏ: lomin yeməyin, içməzdən əvvəl isə...- Mütəxəssis məsləhəti

Soyuq havalarda araq içənlərin NƏZƏRİNƏ: lomin yeməyin, içməzdən əvvəl isə...- Mütəxəssis məsləhəti
20:48 3 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Hava soyuq, yağışlı və küləklidir. Bu o deməkdir ki, bəzi kişiləri araq içməkdən heç nə çəkindirə bilməz. Lakin bəziləri keyfiyyətli və normal miqdarda içsə belə, yenə də başağrısından əziyyət çəkir.

Publika.az xəbər verir ki, bunu tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib.

Mütəxəssisin sözlərinə görə araq içən şəxslər bir çox səhvlərə yol verirlər: “Ət yeməkləri, xüsusilə, kababla araq içilir. Bütün spirtli içkilər bədəndə güclü turşuluq yaradır. Ət yeməkləri isə turşuluğu daha da artırır. Çünki ət əzələ toxumasıdır. Hər hüceyrə kimi nüvələri var. Nüvələrin içində isə nüklein turşuları - DNT və RNT yerləşir. Bunların parçalanma məhsulu sidik turşusudur. Yəni bu zaman turşuluq daha da artır.

Bundan başqa, arağa və ya içiləcək suya limon sıxılır. Saçaqlı pendirə də həmçinin. Limon turşusu da ümumi turşuluğun daha da artmasında öz sözünü deyir. Xiyar və ya bu kimi duza qoyulmuş əlavələr isə həm turşuluğu artırır, həm də hipernatremiya törədirlər. Onsuz da, spirtli içkilər sidikqovucu xüsusiyyətə malikdir və bədəndə susuzlaşma, yəni hipernatremiya yaradır. Hələ araqdan sonra kofe və ya çay da sifariş verilir. Kofein arağın sidikqovucu xüsusiyyətini da da gücləndirir”.

Şahin Məmmədov qeyd edib ki, bütün spirtli içkilər qlukoneogenezi tormozladığı üçün hipoqlikemiya da ortaya çıxır: “Yəni nə qədər yeyirsiniz-yeyin, 1-2 saat sonra qanda qlükoza səviyyəsi aşağı düşəcək.

Beləliklə, 3 böyük problem yaranır:

1. Kəskin asidoz

2. Hipernatremiya

3. Hipoqlikemiya.

Səhər yuxudan oyananda ürəyiniz bulanacaq, başını ağrıyacaq”.

Bəs profilaktika necə aparılmalıdır?

1.İçməyə başlamazdan əvvəl 1 litr qələvi (qazlı,müalicəvi) su qəbul etmək. Bu, həm turşuluğu neytrallaşdıracaq, həm də susuzlaşmanı aradan qaldıracaq.

2.Limondan istifadə etməyin. Saçaqlı pendirə, arağa limon sıxmayın.

3.Hipoglikemiyani aradan qaldırmaq üçün yeməyin sonunda külləmə kartof yeyin. Nişasta qlükozanın polimeridir. Tədricən parçalanaraq sizi hipoqlikemiyadan qoruyacaq.

4.Hər rumkadan sonra 1 stəkan qələvi su için.

5.Bütün bunlaraq riayət etsəniz belə, səhər başınız ağrımayacaq, partlayacaq. Çünki əsas şərt qalıb: öz miqdarınızı bilin! Çünki hər kəsin orqanizmi fərqlidir. Hər kəsin qara ciyərində spirit parçalayan ferment - alkoqol dehidroqenazanın miqdarı fərqlidir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/295004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR