Bərdədə baş verən zəncirvari qəzada 7 nəfər xəsarət alıb

Bərdədə baş verən zəncirvari qəzada 7 nəfər xəsarət alıb
21:32 3 Noyabr 2019
36 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda başa verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.
"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə zamanı Bərdə rayon sakinləri - 1958-ci il təvəllüdlü Kamal Cabbarov, 1989-cu il təvəllüdlü Qasımov Vasif Vahid oğlu, 1980-ci il təvəllüdlü Süleymanov Saleh İslam oğlu, 1987-ci il təvəllüdlü Həsənov Azər Camal oğlu, 1967-ci il təvəllüdlü Atakişiyeva İradə Afil qızı, 2014-cü il təvəllüdlü Atakişiyeva Aysun Qərib qızı, 1986-cı il təvəllüdlü Atakişiyev Qərib Həsən oğlu xəsarət alıblar.
Qeyd edək ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.
Küçə ərazisində üç minik avtomobili toqquşub. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

***19:45
Bərdə rayonunda 3 avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. 
Belə ki, küçə ərazisində üç minik avtomobili toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəsarət alanların şəxsiyyətləri hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-bas-veren-zencirvari-qezada-7-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR