Qohumlarına köməyə gedən 7 nəfər qəzaya düşdü - FOTO

Qohumlarına köməyə gedən 7 nəfər qəzaya düşdü - FOTO
23:12 3 Noyabr 2019
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə 3 avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Bakı küçəsində qeydə alınıb. Qəzaya düşmüş qohumlarının köməyinə gedən kənd sakinləri özləri də qəzaya düşüb. Xəsarət alan 7 nəfər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha 1 nəfər isə hadisə yerində ilkin tibbi müayinədən sonra evə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

Bərdədə başa verən qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub:

Bərdə rayon sakinləri 1958-cil təvəllüdlü  Atakişiyev Həsən,

1989-cu il təvəllüdlü Qasımov Vasif Vahid oğlu,

1980-cı il təvəllüdlü Süleymanov Saleh islam oğlu,

1987-ci il təvəllüdlü Həsənov Azər Camal oğlu,

1967-ci il təvəllüdlü Atakişiyeva İradə Afil qızı,

2014-ci il təvəllüdlü Atakişiyeva Aysun qərib qızı,

1986-cı il təvəllüdlü Atakişiyev Qərib Həsən oğlu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/799430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR