Hacıqabulda avtomobil 15 yaşlı yeniyetməni vurub

Hacıqabulda avtomobil 15 yaşlı yeniyetməni vurub
08:12 4 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Padar çölü adlanann ərazisində qeydə alınıb.
Siyəzən rayon sakini, 2004-cü il təvəllüdlü Gülmalıyev Elsevər Asif oğlu avtomobildən düşüb yolun kənarındakı ticarət obyektinə gedərkən onu avtomobil vurub. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alıb. E.Gülmalıyev Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/haciqabulda-avtomobil-15-yasli-yeniyetmeni-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR